Avropa Birliyi: Timoşenko həbsdən buraxılmasa, Ukrayna ilə assosiasiya sazişi imzalanmayacaq 

Avropa Birliyi: Timoşenko həbsdən buraxılmasa, Ukrayna ilə assosiasiya sazişi imzalanmayacaq 
# 16 oktyabr 2013 09:39 (UTC +04:00)

APA-nın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bunu Avropa Birliyinin Avropa xarici fəaliyyət xidmətinin və “Şərq tərəfdaşlığı” ölkələri Departamentinin rəhbəri Dirk Şubel deyib. O bildirib ki, əvvəlcə bu barədə qərarın AB ölkələri xarici işlər nazirlərinin oktyabrın 21-də keçiriləcək iclasında verilməsi planlaşdırılsa da, sonradan qərar dəyişib. D. Şubel bəyan edib ki, sabiq baş nazir Yuliya Timoşenkonun məsələsi məqbul formada həllini tapmasa, Avropa Birliyi “Şərq tərəfdaşlığı”nın noyabrın 28-29-da Vilnüsdə keçiriləcək sammitində Ukrayna ilə assosiasiya sazişi imzalamaqdan imtina edəcək.

AB-nin aparıcı dövlətləri də Y. Timoşenkonun məsələsi həll olunmasa, Ukrayna ilə assosiasiya sazişin imzalamayacaqlarını açıqlayıblar. Fransanın Ukraynadakı səfiri Alen Remi açıq şəkildə qeyd edib ki, Y. Timoşenko həbsxanada qalarsa, sazişin imzalanması mümkün olmayacaq. Almaniya səfiri Krtistof Vayl da buna bənzər mövqe ifadə edərək bildirib ki, keçmiş baş nazir həbsdə qalmağa davam edərsə AB-nin 28 üzvü Ukrayna ilə saziş imzalanması məsələsində konsensusa gələ bilməz.

Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski AB-nin Ukrayna prezidenti Viktor Yanukoviçə Yuliya Timoşenkoya “qismən əfv” tətbiq olunmasını təklif etdiyini açıqlayıb: “Biz bunu Ukrayna prezidentinə yazdığımız məktubda ifadə etmişik. Belə görünür ki, bu, ən realist yanaşmadır və qalan müddət bunu həyata keçirməyə imkan verir. Vaxt çox deyil, sammitə 42 gün qalır”.

A. Kvasnevski qismən əfvin mahiyyətini də açıqlayıb. Onun sözlərinə görə, Y. Timoşenkonun 7 illik həbs cəzasını 2 ilə endirib, bu cəzanı artıq çəkdiyi üçün onu azadlığa buraxmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR