Aparılan araşdırmalar zamanı maraqlı faktlar ortaya çıxıb. Belə ki, dindirilmə zamanı cinayətkarlara polis tərəfindən vəkil təqdim olunub. Dindirilmə zamanı bəlli olub ki, cinayətkarlar onlara təqdim olunan vəkilin qohumunun evini də qarət ediblər. Polisdən APA-ya verilən məlumata görə, cinayətkar dəstə şəhər ərazisində İqbal adlı şəxsə məxsus çayxananı ondan icarəyə götürüb. Daha sonra cinayətkar dəstə çayxanada toplanaraq, orada öz oğurluq planlarını cızıblar. Şəki ŞRPŞ-dən o da bildirilib ki, cinayətkar dəstənin üzvlərindən iki nəfər yetkinlik yaşına çatmayıb. Dəstə üzvlərinin yaşları isə 17-21 yaş arasındadır. Polisdən verilən məlumata əsasən, dəstə üzvlərinin sayının artması və oğurluqların digər şəhərlərdə olunması istisna deyil. Qeydə alınmış bütün faktlarla əlaqədar Şəki ŞRPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Azərbaycanda gənclərdən ibarət oğru dəstəsi tutulub
21 dekabr 2013 14:01 (UTC +04:00)
Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki RŞPŞ-nin əməkdaşları son 6 ay ərzində şöbəyə oğurluq hadisələri ilə bağlı daxil olmuş ərizə və şikayətlərlə əlaqədar olaraq şəhər ərazisində əməliyyat-axtarış tədbirləri keçirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki sakinləri Nicat Quliyev və Sadiq Sadıqovun başçılıq etdiyi 8 nəfər yeniyetmə və gəncdən ibarət dəstə zərərsizləşdirilib. Keçirilmiş əməliyyat tədbirləri zamanı məlum olub ki, Şəki sakinləri S.Sadıqov, N.Quliyev, həmçinin Cavidan Musayev, Ayaz Zəkəriyəyev, Elvin Həmidli, Məhəmməd Alxasov, Seyran Məhəmmədli və İntiqam İsmayılovun olduğu cinayətkar dəstə 6 ay ərzində şəhər ərazisində müxtəlif vaxtlarda dükan, ev və avtomobillərdən oğurluq ediblər. Cinayətkar dəstə oğurluq zamanı əsasən avtomobillərin audio sistemlərini, evlərdən elektron avadanlıqlar və s. əşyaları oğurlayıb. Dstə üzvləri saxlanılma zamanı polisə müqavimət göstəriblər. Həmçinin, saxlanılanlardan S.Məhəmmədli dindirilmə zamanı polis əməkdaşına başı ilə zərbə endirib. Polis əməkdaşları bildiriblər ki, cinayətkarlar Şəkinin Arxüstü adlanan ərazisində bir gün ərzində 5 oğurluq ediblər.
Aparılan araşdırmalar zamanı maraqlı faktlar ortaya çıxıb. Belə ki, dindirilmə zamanı cinayətkarlara polis tərəfindən vəkil təqdim olunub. Dindirilmə zamanı bəlli olub ki, cinayətkarlar onlara təqdim olunan vəkilin qohumunun evini də qarət ediblər. Polisdən APA-ya verilən məlumata görə, cinayətkar dəstə şəhər ərazisində İqbal adlı şəxsə məxsus çayxananı ondan icarəyə götürüb. Daha sonra cinayətkar dəstə çayxanada toplanaraq, orada öz oğurluq planlarını cızıblar. Şəki ŞRPŞ-dən o da bildirilib ki, cinayətkar dəstənin üzvlərindən iki nəfər yetkinlik yaşına çatmayıb. Dəstə üzvlərinin yaşları isə 17-21 yaş arasındadır. Polisdən verilən məlumata əsasən, dəstə üzvlərinin sayının artması və oğurluqların digər şəhərlərdə olunması istisna deyil. Qeydə alınmış bütün faktlarla əlaqədar Şəki ŞRPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Hadisə
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:25
2 may 2024
Gürcüstanda azərbaycanlı iş adamını qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum edilib
18:50
2 may 2024
Təcridxanaya dolmanın içərisində narkotik keçirməyə cəhd edilib - FOTO
18:18
2 may 2024
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - YENİLƏNİB
16:42
2 may 2024