Azərbaycan vətəndaşlarını Misirdən çıxarır

Azərbaycan vətəndaşlarını Misirdən çıxarır
# 03 iyul 2013 11:06 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. “Misirdə yaranmış vəziyyətlə əlaqədar Azərbaycan diplomatlarının ailələri Bakıya göndərilib. Diaspor üzvlərinə də deyilib ki, ölkəni tərk etsinlər. Artıq bəzi diaspor üzvləri gedib, bəziləri də getməyə hazırlaşır”.

Bunu APA-ya Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev deyib.

Səfirin sözlərinə görə, Azərbaycanın Qahirədəki səfirliyi hələlik adi rejimdə fəaliyyət göstərir: “Burada iki diplomatımızın ailəsi vardı, onlar Azərbaycana göndərilib. Səfirlik isə hələlik fəaliyyətini adi rejimdə davam etdirir. İş rejiminizdə hansısa dəyişiklik yoxdur, hadisələrin gedişindən asılı olaraq, hansısa qərar verilə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR