Məhkəmədə “Gündəm xəbər” qəzetinin təsisçisi və  baş redaktoruna cəza istənilib

Məhkəmədə “Gündəm xəbər” qəzetinin təsisçisi və  baş redaktoruna cəza istənilib
# 13 may 2013 13:39 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hakim Yaşar Həsənovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Mahir Hüseynov Ş. Cəfərinin 5 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Prokuror qeyd edib ki, Ş. Cəfərinin iri məbləğdə vergidən yayınmada ittiham edilir, buna əsas kimi ittiham olunan şəxsin 71 min manat məbləğində vergini ödəməkdən yayınması ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Vergilər Nazirliyinin rəyi əsas götürülüb.

Müdafiə tərəfi buna etiraz edib və çıxış üçün vaxt istəyib.

Proses mayın 20-dək təxirə salınıb.

Qeyd edək ki, “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi üzrə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR