Misirdə yeni konstitusiya layihəsi ilə bağlı referendum başa çatıb

Misirdə yeni konstitusiya layihəsi ilə bağlı referendum başa çatıb
# 15 yanvar 2014 21:26 (UTC +04:00)

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, rəsmi nəticələr səsvermənin bitməsindən 72 saat sonra açıqlanacaq.

Kəfr əş-Şeyx bölqəsində yerləşən məntəqə seçki komissiyası artıq səsvermənin nəticələrini bəyan edib. Burada yeni konstitusiyanın lehinə 1362 , əleyhinə cəmi 17 səs verilib. Referendum iki gün ərzində, yanvarın 14-ü və 15-i keçirilib.

Xatırladaq ki, referendumun ilk günü Misirdə qarşıdurmalarda 10 nəfər həlak olub, 80 nəfər həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR