Dünya Bankı Azərbaycanın kənd təsərrüfatında yeni layihə həyata keçirəcək - FOTO

Dünya Bankı Azərbaycanın kənd təsərrüfatında yeni layihə həyata keçirəcək - <span style="color: red;">FOTO
# 26 noyabr 2013 14:38 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının (DB) ölkə meneceri xanım Larisa Leşçenko ilə görüşüb. Görüşün əsas məqsədi DB ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinin müzakirəsi olub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, H.Əsədov bildirib ki, Azərbaycan hökuməti ilə DB arasında həyata keçirilən layihələr çərçivəsində fermer və digər sahibkarların maliyyə vəsaitlərinə və məlumatlara çıxışlarını yaxşılaşdırmaq, özəl baytarlıq şəbəkəsinin yaradılması, quş qripinin qarşısının alınması, infrastruktur və sosial yönümlü icma mikro-layihələrinin (kənd yollarının təmir-bərpası, içməli su təchizatı, məktəb və tibb məntəqələrinin bərpası və s.) icrası təmin edilib.

Kənd təsərrüfatının idarə edilməsinin yeni bir istiqamətə yönəltməyin vacibliyini bildirən H.Əsədov Azərbaycanda heyvanların kəsim sexlərinin müasir tələblər səviyyəsində qurulmasında sivil dönüş etmək üçün texniki dəstəyin verilməsi, istehsal olunmuş məhsulun istehlakçılara çatdırılmasında texniki yardımın göstərilməsi, aqrar sahədə kadr hazırlığı sahəsində sistemli dəyişiklik edilməsi, kənd təsərrüfatının yeni inkişaf konsepsiyasının hazırlanmasına texniki dəstəyin göstərilməsinin vacibliyini bildirib.

Nazir təqdim olunmuş yeni layihənin («Kənd təsərrüfatının rəqabət qabiliyyətliliyinin gücləndirilməsi») təqdirəlayiq olduğunu bildirərək tezliklə həyata keçirilməsi üçün öz səylərini əsirgəməyəcəyini deyib.

Xanım L.Leşçenko irəli sürülən təklifləri yüksək qiymətləndirib, bundan sonra da Bankla Azərbaycan hökuməti arasında aqrar sahədə əməkdaşlığın davam etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR