Mirmahmud Mirəlioğlu: “Milli Şurada proseslər belə davam edərsə, KXCP-nin qurumda fəaliyyəti məsələsini müzakirə edəcəyik”

Mirmahmud Mirəlioğlu: “Milli Şurada proseslər belə davam edərsə, KXCP-nin qurumda fəaliyyəti məsələsini müzakirə edəcəyik”
# 27 dekabr 2013 10:48 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Rüstəm İbrahimbəyovun Milli Şuradan istefası barədə mətbuatdan xəbər tutmuşam. Milli Şura rəsmi qurumdursa, Rüstəm İbrahimbəyovun rəsmi müraciəti olmalıdır”.

Bunu APA-ya açıqlamasında R. İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyindən istefası barədə müraciətinə münasibətinə münasibət bildirən KXCP sədri Mirmahmud Mirəlioğlu söyləyib.

M. Mirəlioğlu deyib ki, bəlkə Milli Şuraya rəsmi müraciəti var, ancaq o bu barədə xəbərsizdir: “Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədrliyindən istefa veribsə, bu məsələ Milli Şuranın sessiyasında müzakirə olunmalı, sessiyada buna münasibət bildirilməlidir, mediada yox...”

M. Mirəlioğlu Milli Şurada proseslər belə davam edərsə, KXCP-nin Milli Şurada fəaliyyətini davam etdirməsi, Milli Şuraya münasibət məsələsinin partiyada müzakirəyə çıxarılacağını da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR