İraq Türkmənlərinin liderlərindən biri İstanbulda anılıb - FOTO

İraq Türkmənlərinin liderlərindən biri İstanbulda anılıb - <span style="color: red;">FOTO
# 15 iyun 2014 16:13 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. İraq Türkmənlərinin liderlərindən biri İstanbulda anılıb. APA-nın məlumatına görə, İraq Türkmənlərinin haqları uğrunda mübarizənin liderilərindən biri olan İzəddin Kərkük vəfatının 40-cı günündə İstanbulda anılıb.

Anma mərasimində Kərkük, Ərbil, Təlafərdən və həmçinin, Türkiyənin müxtəlif şəhərlərindən gəlmiş alim və yazarlar çıxış edərək, İzəddin Kərkükün 65 iliik mübarizəsindən danışıblar. İ. Kərkükün həyat və fəaliyyətinin əks etdirən sənədli filmin çəkilməsi və kitabların çapa hazırlanması qərarlaşdırılıb.

Qeyd edək ki, 1929-cu ildə Kərkükdə anadan olan İ. Kərkük ali təhsil almaq üçün 1949-cu ildə Türkiyəyə gələndən sonra İraq Türklərinin durumuyla bağlı qəzet və jurnallarda məqalələr yazıb. 1951-53-cü illərdə “Türkmən təqvimi” adlı qəzet, 1955-ci ildə “İraq Türklüyü haqqında düşüncələr”, 1956-cı ildə isə “Türk-İraq dostluğunun işığında İraq Türkləri” adlı kitablarını nəşr etdirib. Bu sahədəki fəaliyyəti İraq dövlətini narahat etdiyinə görə, İzəddin Kərkük İraq vətəndaşlığından çıxarılıb.1957-ci ildə “Füzuli” dərgisinin nəşrinə başlayan İ. Kərkük sosial və mədəniyyət sahəsindəki fəaliyyəti gücləndirmək üçün 1959-cu ildə mübarizə yoldaşlarıyla bilrikdə İraq Türkləri Kültür və Yardımlaşma Dərnəyini qurub.

Türkiyə Cümhuriyyəti vətəndaşlığına qəbul olunan İ. Kərkük 1961-ci ildə Xarici İşlər Nazirliyində işləməyə başlayıb. Türkiyənin Dəməşq, Paris, Əbu-Dhabi və Ər-Riyad səfirliklərində çalışan İzəddin Kərkük 1990-cı ildə təqaüdə çıxandan sonra da İraq Türklərinin haqları uğrunda mübarizəsini davam etdirib. 1997-ci ildə Kərkük Vəqfini quraraq, vəqfin çap orqanları olan “Kardaşlık” və “Altın köprü” dərgilərini nəşr etdirib.

3 may 2014-cü ildə vəfat edən İzəddin Kərkük, İstanbuldakı Zincirlikuyu qəbristanlığında dəfn edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR