ABŞ Rusiya ilə ticarət-investisiya əlaqələrini və hərbi əməkdaşlığı dayandırıb - VİDEO

 ABŞ Rusiya ilə ticarət-investisiya əlaqələrini və hərbi əməkdaşlığı dayandırıb - <span style="color: red;">VİDEO
# 04 mart 2014 07:32 (UTC +04:00)

APA-nın “Russian Today” nəşrinə istinadən verdiyi məlumata görə, ticarət və investisiyalar sahəsində əməkdaşlığın kəsildiyini ABŞ-ın ticarət nümayəndəsinin idarəsindən bəyan ediblər. “Biz Rusiya ilə ikitərəfli ticarət və investisiya əməkdaşlığını dayandırdıq”, - deyə idarənin bəyanatında bildirilir.

Bundan başqa, ABŞ Müdafiə Nazirliyi – Pentaqon da Rusiya ilə hərbi əməkdaşlığı dayandırdığını açıqlayıb. Pentaqonun mətbuat katibi, kontr-admiral Con Kirbi ABŞ-Rusiya hərbi əməkdaşlığının dayandırıldığını elan edib. O, birgə təlimlər və qarşılıqlı səfərlərin bundan sonra gerçəkləşməyəcəyini, hərbi sahədə Rusiya ilə ikitərəfli danışıqların və planlaşdırılan konfransların baş tutmayacağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR