Ukraynanın baş naziri: “Rada hökumətin istefasına səs verərsə, Nazirlər Kabineti getməyə hazırdır”

Ukraynanın baş naziri: “Rada hökumətin istefasına səs verərsə, Nazirlər Kabineti getməyə hazırdır”
# 23 yanvar 2014 20:48 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu bu gün Ukraynanın baş naziri Nikolay Azarov bəyan edib.

“Hökumətin istefası məsələsi parlamentin səlahiyyətindədir. Parlament kifayət qədər səs toplayacağı təqdirdə hökumət istefaya gedəcək. Mən bundan əvvəl də demişdim ki, belə prosedur mümkündür”, deyə Azarov Davosda jurnalistlərə bildirib.

Qeyd edək ki, yanvarın 28-də saat 10:00-da Ukrayna Ali Radasının növbədənkənar sessiyası işə başlayacaq.

APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə parlamentin mətbuat xidməti açıqlama yayıb.

Qeyd edək ki, Ali Radanın növbədənkənar sessiyasının çağırılması məsələsi Ukrayna prezidenti Viktor Yanukoviçlə parlamentin spikeri Vladimir Rıbakın bu gün keçirilən görüşündə müzakirə olunub. Spiker prezidentin bu təklifini dəstəkləyib və müxalifətin tələbi ilə hökumətin istefası məsələsinin müzakirə olunacağını istisna etməyib.

Ukrayna müxalifəti eyni zamanda daxili işlər naziri Vitali Zaxarçenkonun istefasını, mitinqlərdə tutulanların buraxılmasını və Maydanın dağıdılmasında iştirak edənlərin cəzalandırılmasını tələb edir.

Yanvarın 19-dan davam edən aksiyalarda mitinqçilərlə polis arasında baş verən toqquşmalarda beş nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR