AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçiriləcək seçkilərin vaxtı açıqlanıb

AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçiriləcək seçkilərin vaxtı açıqlanıb
# 14 may 2014 11:26 (UTC +04:00)

APA-nın xəbərinə görə, AMEA-nın prezidenti Akif Əlizadə Rəyasət Heyətinin iclasında çıxışı zamanı deyib ki, akademiyanın həqiqi və müxbir üzvlüyünə seçkilərin iyun ayının 27-də keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, həmin seçkilərdə 50-dən artıq yeni üzv seçilməsi nəzərdə tutulur: “Bu çox məsuliyyətli bir işdir. Seçkilərlə əlaqədar bütün bölmələr, bölmələri təmsil edən akademiya üzvləri, aparıcı qüvvə olan akademiklərdən artıq dərəcədə xahiş edirəm ki, məzuniyyət və ezamiyyətlərini iyunun axırlarına salmasınlar. Bu seçkilər çox mürəkkəb olduğundan çox vaxt apara bilər. Bölmə rəhbərlərindən, bölmələrin ümumi iclaslarından müraciət edərək onları səfərbərliyə dəvət edirəm. Bu seçkiləri 7 ildən sonra çox yüksək səviyyədə keçirməliyik ki, ölkə prezidenti İlham Əliyevin AMEA-ya göstərdiyi etimadı tam doğrulda bilək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR