Lökbatanda baş verən kütləvi zəhərlənmə nəticəsində Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə 40 xəstə gətirilib

Lökbatanda baş verən kütləvi zəhərlənmə nəticəsində Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə 40 xəstə gətirilib
# 05 mart 2014 20:47 (UTC +04:00)

Səhiyyə Nazirliyinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, xəstələrin vəziyyəti hazırda orta-ağırdır: “Mərkəzə gətirilənlər arasında uşaqlar da var. Onlara ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda mərkəzdə müalicə alanlar böyüklərdir. İlkin məlumatlara görə, hadisə təbii-metan qazından baş verib”.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov isə APA-ya açıqlamasında deyib ki, hadisə yerinə 20-ə yaxın təcili yardım maşını göndərilib. Onun sözlərinə görə, ərazidə təcili yardım briqadaları tərəfindən 100-ə yaxın sakinə ilkin tibbi yardım göstərilib, vəziyyətləri nisbətən ağır olanlar xəstəxanaya göndərilib: “ilk olaraq, hadisə yerinə gəldikdə, ətraf ərazidə kəskin qaz iyi hiss olunurdu. Deyilənlərə görə, təbii qaza vurulan əlavə maddənin normadan artıq olması zəhərlənməyə səbəb olub. İnsanlar həm də təlaşda olublar. Onların hər birinə ilkin tibbi yardım göstərilib. Hazırda ərzidə vəziyyət stabildir və insanlar sakitləşiblər”.

Hadisə nəticəsində ölüm faktının qeydə alınmasına gəlincə, M.Həmidov bunun şahidi olmadıqlarını deyib. Onun sözlərinə görə, ətrafda olan insanlar bir nəfərin dünyasını dəyişdiyini deyirlər: “Amma bu fakt hələki təsdiqlənməyib. Ölüm faktı olubsa da, bu təbii qazdan zəhərlənmə nəticəsində olmayıb. Çünki təbii qzın təsiri yüksək olsaydı, ərazidə bir nəfər yox, daha çox sayda insan dünyasını dəyişərdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR