Gəncədə “Muravey” piyadanı vurub

Gəncədə “Muravey” piyadanı vurub
# 27 may 2013 13:20 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Murad Nəcəfov idarə etdiyi “Muravey” motorolleri ilə yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Samux rayon sakinini Rabil Nəsibovu vurub. R. Nəsibov xəsarətlərlə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR