Azərbaycan prezidenti Rusiyanın Ulyanovsk vilayətinin qubernatorunu qəbul edib - FOTO

Azərbaycan prezidenti Rusiyanın Ulyanovsk vilayətinin qubernatorunu qəbul edib - <span style="color: red;">FOTO
# 14 aprel 2014 13:32 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, görüş zamanı prezident İlham Əliyev Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin, o cümlədən ölkəmizlə Rusiyanın ayrı-ayrı subyektləri arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.

Dövlət başçısı Rusiyanın Ulyanovsk vilayətinə səfərini məmnunluqla xatırlayıb. Ölkəmizlə Rusiya və onun subyektləri arasında müxtəlif istiqamətlərdə, o cümlədən investisiya, birgə istehsal və digər sahələrdə fəal əməkdaşlığın mövcud olduğunu deyən İlham Əliyev bu əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Azərbaycan prezidenti əməkdaşlığımızın yeni sahələrinin müəyyənləşdirilməsi baxımından Bakıda keçirilən Rusiya-Azərbaycan biznes forumunun önəmini qeyd edib. Dövlət başçısı Rusiyanın Ulyanovsk vilayətinin qubernatoru S.Morozovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini ifadə edib.

Böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğulayan S.Morozov isə əməkdaşlığımızın müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. S. Morozov Azərbaycanla iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün Ulyanovsk vilayətində həyata keçirilən işlər və layihələrdən danışıb, əməkdaşlığımızın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR