Bu il Azərbaycanda baş verən yol qəzalarında 147 nəfər ölüb

Bu il Azərbaycanda baş verən yol qəzalarında 147 nəfər ölüb
# 12 mart 2014 11:48 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bu ilin ilk iki ayı ərzində Azərbaycanda baş verən yol qəzalarında 147 nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, cari ilin yanvar-fevral aylarında respublika ərazisində 336 yol qəzası baş verib. Nəticədə 147 nəfər ölüb, 323 nəfər xəsarət alıb.

Bu il respublikada piyadaların vurulması ilə nəticələnən 151 yol qəzası baş verib. Qəzalarda 60 nəfər ölüb, 107 nəfər yaralanıb.

Cari ildə sərxoş sürücülər tərəfindən 8 yol qəzası törədilib. Nəticədə 5 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzaları 25,3%, ölüm sayı 8,1%, yaralı sayı 33,4 % azalıb.

Bu il paytaxtda 122 yol qəzası baş verib. Nəticədə 38 nəfər ölüb, 115 nəfər isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR