Şəmkirdə “Regionların sosial-iqtisadi inkişafında sənayenin rolu” mövzusunda tədbir keçirilib - FOTO

Şəmkirdə “Regionların sosial-iqtisadi inkişafında sənayenin rolu” mövzusunda tədbir keçirilib - <span style="color: red;">FOTO
# 21 fevral 2014 15:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Şəmkirdə İqtisadiyyat və Sənaye Nazirliyinin və “Synergy Group”un təşkilatçılığı ilə “Regionların sosial-iqtisadi inkişafında sənayenin rolu” mövzusunda tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Gəncə-Qazax iqtisadi rayonunun sənaye potensialının reallaşdırılması imkanlarının müzakirə olunduğu tədbirdə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri və sahibkarlar iştirak edib.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Fəxrəddin Vəliyev Şəmkirdə yeni istehsal və xidmət müəssisələrinin, o cümlədən yeni sənaye müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını qeyd edib. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov bildirib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəflərindən biri də məhz qeyri-neft sektorunun, xüsusilə qeyri-neft sənayesinin inkişafı və adambaşına düşən qeyri-neft ixracının artırılmasıdır. Bütün bunlar isə nəticədə Azərbaycanın regionun sənaye mərkəzinə çevrilməsinə səbəb olacaq.

“Synergy Group” ASC-nin Müşahidə Şurasının sədri Riyad Hüseynov isə deyib ki, artıq fəaliyyət göstərən sənaye müəssisələri ilə yanaşı, hazırda “Synergy Group” tərəfindən bir sıra layihələr, o cümlədən Qazax rayonunda müasir texnologiyalara əsaslanan “Ecolime” əhəng emalı zavodunun, Şəmkirdə Azərbaycanda ilk dəfə olaraq böyük qabaritli metal konstruksiyaları istehsal edəcək “Zəyəm Texnologiyalar Parkı”nın, fibro sement zavodunun tikintisi davam etdirilir.

Tədbir çərçivəsində “Synergy Group” ASC ilə “PwC” şirkətinin Azərbaycan nümayəndəliyi arasında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, yeni investisiya imkanlarının müəyyən edilməsi məqsədilə biznes strategiyasının hazırlanmasında “PwC” şirkətinin Azərbaycan nümayəndəliyi “Synergy Group” ASC-yə dəstək göstərəcək, qarşılıqlı təcrübə mübadiləsi aparılacaq.

Tədbirdən sonra iştirakçılar Şəmkirdə Heydər Əliyev Mərkəzində, “Zəka” Gənclər Mərkəzində, Bayraq Meydanında və Alman Lüteran kilsəsində, həmçinin Zəyəm Texnologiyalar Parkında və “AzAqro” MMC-də olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR