Amerikanın aparıcı avtomobil istehsalçısı yenidən dünya lideri olub

Amerikanın aparıcı avtomobil istehsalçısı yenidən dünya lideri olub
# 27 iyul 2013 10:55 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Dünya avtomobil istehsalçılarının reytinqində liderlər yerlərini dəyişib. Belə ki, ABŞ-ın «General Motors» (GM) avtomobil şirkəti bu ilin II rübün nəticələrinə görə 2,49 mln. avtomobil satıb. «APA-Economics»in şirkətin maliyyə hesabatına istinadən verdiyi məlumata görə, bununla da, GM son 6 rüb ərzində ilk dəfə olaraq satış üzrə çoxdankı rəqibi Yaponiyanın «Toyota» şirkətini geridə qoyub. «Toyota» isə aprel-iyun ayları ərzində 2,48 mln. avtomobil satıb.

Buna baxmayaraq, Yaponiya şirkəti 4,91 mln. maşın göstərici ilə yarımillik nəticələrə görə liderliyini saxlayır. GM-in satışları isə 6 ay müddətində 4,85 mln. avtomobil təşkil edib. Reytinqdə üçüncü sıranı 4,7 mln. maşınla Almaniyanın «Volkswagen» şirkəti tutub.

Qeyd edək ki, ikinci rübdə «General Motors»un mənfəəti 1,2 mlrd. dollar təşkil edib, halbuki bir il əvvəl həmin göstərici 1,5 mlrd. dollar olub. Şirkətin mədaxili isə 37,6 mlrd.-dan 39,1 mlrd. dollara kimi yüksəlib.

«Toyota» şirkəti GM-i iri avtomobil istehsalçısı adından 2008-ci ildə məhrum edib. Həmin vaxt Amerika şirkəti böhran səbəbindən çətin maliyyə vəziyyəti ilə üzləşmişdi. Həmçinin, 2011-ci ildə isə Yaponiya şirkəti Tailandda baş verən təbii fəlakətə görə liderliyi itirib və 2012-ci ildə liderliyini geri qaytarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR