Qəbul imtahanında istifadə olunmuş sualların məzmunu ilə bağlı apelyasiya komissiyası yaradılıb

Qəbul imtahanında istifadə olunmuş sualların məzmunu ilə bağlı apelyasiya komissiyası yaradılıb
# 19 may 2014 07:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərə müraciət edib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, may ayının 18-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş sualların məzmunu ilə bağlı apelyasiya komissiyası yaradılıb.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər mayın 19-da saat 10:00-dan 17:00-dək şəxsiyyət vəsiqələri ilə TQDK-ya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR