30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Sabirabadda dəfn olunub - FOTO

30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Sabirabadda dəfn olunub - FOTO
# 22 may 2024 15:56 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Abbasov Zülfüqar Kamil oğlunun qalıqları torpağa tapşırılıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, şəhid Abbasov Zülfüqar Kamil oğlu ilə Sabirabad şəhərində vida mərasimi keçirilib. Daha sonra şəhidin qalıqları Sabirabad rayonunun Kürkəndi kəndininin qəbristanlığında dəfn olunub. Dəfn mərasimində Sabirabad rayon ictimayyəti, hərbçilər, rayon rəsmiləri və şəhidin yaxınları iştirak ediblər.

Zülfüqar Abbasov 1973-cü il sentyabrın 1-də Sabirabad rayonunun Kürkəndi kəndində anadan olub.

Murov, Naxçıvanik döyüşlərində iştirak edən Z.Abbasov Ağdərənin Çayırlı kəndində şəhid olub.

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən Abbasov Zülfüqar Kamil oğlu Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR