Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 13 may - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 13 may - <span style="color: red;">VİDEO
# 13 may 2014 17:08 (UTC +04:00)

Bakı-APA. Dağlıq Qarabağ münaqişəsinin qondarma “erməni soyqırımı”nın dünyada tanıdılması prosesi ilə birbaşa əlaqəsi var. Münaqişənin baiskarı, yəni Azərbaycan torpaqlarını işğal edərək uzun illərdir Cənubi Qafqazda qeyri-stabillik ocağı yaradan da ermənilərdir, qondarma “soyqırımı” iddialarını Azərbaycanın bir nömrəli müttəfiqi olan Türkiyəyə və dolayısı ilə türk dünyasına qarşı bir təzyiq vasitəsinə çevirən də. Ermənilərin bu siyasəti ortadan çəkilmiş bir cizgidir, dövlətlər və siyasətçilər bu cizginin bir tərəfində olmalı, yəni ya ermənilərin, ya Azərbaycanın və Türkiyənin tərəfini tutmalıdır. Hər iki tərəfdə olmaq olmaz, yaxud xalq dilində desək, hər iki tərəfdə olmaq haça-paça qalmaq deməkdir. Fransa prezidenti də bu vəziyyətdədir, daha doğrusu İrəvanda verdiyi bəyanatla bu vəziyyətə düşüb. Həm Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə yardım etmək istədiyini deyib, həm də “erməni soyqırımı”nın ildönümü mərasiminə qatılacağını söyləyib. Uydurma soyqırımı iddialarını dəstəkləyərək Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini necə istəmək olar, yaxud Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini istəyərək, qondarma “soyqırımı” iddialarını necə dəstəkləmək olar? Burada bir səmimiyyətsizliyin olduğu ortadadır. Fransa prezidentindən səmimiyyət ummağımız həddimiz deyil, əgər o şəxs Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını həyata keçirən üç dövlətdən biri olmasaydı...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR