Valeri Mikeladze: “İnnovasiyaların tətbiqi gömrük işində inqilabi dönüşlər yarada bilər”

Valeri Mikeladze: “İnnovasiyaların tətbiqi gömrük işində inqilabi dönüşlər yarada bilər”
# 06 may 2013 14:43 (UTC +04:00)

Qəbələ. Əli Əhmədov - APA-Economics. “İnnovasiyalar davamlı gömrük islahatları və gömrük xidmətinin müasirləşdirilməsi üçün əsas amillərdəndir”. “APA-Economics”in xəbərinə görə, bunu Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Potensialının Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Valeri Mikeladze bu gün Qəbələdə Dövlət Gömrük Komitəsinin (DGK) təşkilatçılığı ilə keçirilən «E-hökumət: Gömrük sahəsində innovasiyalar» mövzusunda V beynəlxalq elmi-praktik konfransda çıxışında bildirib.

Onun sözlərinə görə, gömrük xidməti qarşısında olan çağırışların öhdəsindən gəlmək və XXI əsrdə yaranmış ticarət mühiti və digər məsələlərdən irəli gələn müvafiq imkanlardan yararlanmaq şəraitində inkişaf etməlidir: «Biz 2013-cü ili innnovasiyalar ili kimi qeyd edirik. Bizim şüarımız «gömrükdə irəliləyiş naminə innovasiyalar» adlanır».

V.Mikeladze bildirib ki, ÜGT-nin əsas məqsədi gömrük inzibatçılığının bütün dünyada səmərəliliyini və effektivliyini artırmaqdan ibarətdir: «Hazırda təşkilatımız 179-dan çox ölkəni özündə birləşdirir. Bizim bir sıra innovasiyalar üsullarımız və alətlərimiz var. Bunlardan biri interfeys xidmətidir. Olduqca effektiv vasitədir və əqli mülkiyyət hüquqlarının qorunmamı üçün nəzərdə tutulub. Eləcə də yüklərin izlənilməsi və hədəfə alınması sistemi və digər şəbəkələr də var. Bütün bunların hər biri innovasiyalardır».

V.Mikeladze bildirib ki, hazırda innovasiyalar artıq arzu edilən müstəvidən zərurət müstəvisinə keçib. ÜGT innovasiyalarla bağlı bir sıra həlləri nəzərdən keçirir ki, bunlar gömrükdə inqilabi dönüşlər yarada bilərlər.

Regional ofisin rəhbəri bildirib ki, “Elektron Hökumət” konsepsiyası dünya ölkələrinin əksəriyyəti tərəfindən qəbul edilib və tətbiq edilmək üzrədir: «İKT sahəsində bir çox pilot layihələri məhz gömrük xidmətləri tərəfindən həyata keçirilir. Azərbaycan da bu baxımdan istisna deyil». V.Mikeladzenin sözlərinə görə, ÜGT-nin Potensialının Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin məhz Azərbaycanda açılması ölkənin gömrük xidmətinin əldə etdiyi nəticələrlə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR