İran XİN Suriya konfransı ilə bağlı bəyanat yayıb

İran XİN Suriya konfransı ilə bağlı bəyanat yayıb
# 23 yanvar 2014 10:10 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Xarici İşlər Nazirliyi Suriya böhranının həlli məqsədilə yanvarın 22-də İsveçrənin Montrö şəhərində öz işinə başlamış beynəlxalq konfransla bağlı bəyanat yayıb.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, sənəddə bildirilir ki, Suriya məsələsində hər cür regional və beynəlxalq hərəkətin prioriteti bu ölkə xalqının qərarına hörmət göstərmək və terrorizmlə mübarizə istiqamətində olmalıdır.

Bəyanatda həmçinin Suriyada terror təşkilatlarının mövcudluğundan duyulan dərin narahatlıq ifadə edilir və konfransda hər cür qərarın terrorizmlə mübarizənin təməlində alınmasının zəruriliyi qeyd olunur. Eyni zamanda sənəddə Suriyada terrorizmin genişlənməsinin bölgə daxilindəki və xaricindəki bütün ölkələri təhdid etdiyi vurğulanıb: “Terrorçuların Suriya vətəndaşlarına qarşı törətdiyi cinayətlər bəşəriyyətə qarşı cinayətdir. Bu vəziyyətə görə həmin terrorçuları dəstəkləyənlər məsuliyyət daşıyırlar. Bu baxımdan Suriyada terrorçulara və silahlı qruplara yardımlarını dayandırmaları lazımdır. Suriyadakı terrorçuların cinayətləri bu ölkədəki bəşəri faciənin başlıca səbəbibidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR