Müdafiə Nazirliyi nazir müavininin avtomobilinə hücum barədə məlumatlara cavab verib

Müdafiə Nazirliyi nazir müavininin avtomobilinə hücum barədə məlumatlara cavab verib
# 04 sentyabr 2013 09:46 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilib ki, valideynlərin etiraz etməsinin səbəbi aydın deyil: “Hansısa bir əsas olmadan bu cür vasitələrlə təsir etmək qəbul edilə bilməz. Hazırda ölkənin bütün təhsil sistemində olduğu kimi, hərbi təhsil sahəsində də yeniliklər və islahatlar aparılır. Bu mənada əvvəlki illərdən fərqli olaraq artıq neçə ildir ki, Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrinə qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən test üsulu ilə həyata keçirilir. Bundan başlıca məqsəd savadlı gəncləri hərbi məktəblərə cəlb etməkdir. Bunun nəyi pisdir ki, valideynlər belə etiraz edirlər? Lakin onlar övladlarının imtahansız və ya çox aşağı bal toplamalarına baxmayaraq köhnə qayda ilə hərbi məktəblərə qəbul olunmalarını istəyirlər”.

Qeyd olunub ki, nazirlik bunu yolverilməz hesab etməklə həmin valideynlərə hərbi təhsil müəssisələrində tətbiq edilən yeni standartlara hörmətlə yanaşmalarını tövsiyə edir.

Xatırladaq ki, mətbuatda dünən bir qrup vətəndaşın “Zabitlər evi”nin qarşısında yolu bağlamaları, müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədovun maşınına hücum etmələri barədə məlumatlar yayılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR