TQDK bəzi fənlər üzrə vəsaitlər nəşr edib

TQDK bəzi fənlər üzrə vəsaitlər nəşr edib
# 28 fevral 2014 12:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə “Təsviri sənət”, “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənətləri”, “Memarlıq və dizayn”, “Bədən tərbiyəsi və idman” adlı vəsaitlər nəşr edilib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, vəsaitlərdə ixtisaslar haqqında məlumat, hər bir ixtisas üzrə qabiliyyət imtahanlarının və seçmə turların proqramları, qiymətləndirmə meyarları, metodiki tövsiyələr, bilet, tapşırıq və şəkil nümunələri, çalışmalar, cədvəllər, normativlər, imtahanlara hazırlaşmaq üçün ədəbiyyat siyahıları, internet saytları və digər zəruri materiallar verilib. Vəsaitləri TQDK-nın satış köşkündən və internet vasitəsilə əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR