Ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyəsinə ərizə verən bakalavrların sayı açıqlanıb

Ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyəsinə ərizə verən bakalavrların sayı açıqlanıb
# 21 fevral 2014 16:06 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, 2014-2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarında iştirak etmək üçün 24558 bakalavr elektron ərizəsini təsdiq edib ki, bunların da 21869 nəfəri Azərbaycan, 2689 nəfəri isə rus bölməsinin payına düşür.

Xatırladıq ki, magistraturaya qəbul imtahanının birinci mərhələsi martın 2-də keçiriləcək. Bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 27-dən martın 1-dək TQDK-nın rəsmi internet saytına daxil olaraq iş nömrəsi və şifrlərindən istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqi”ni çap etməlidirlər. İmtahana gələrkən “İmtahana buraxılış vərəqi”ni və şəxsiyyət vəsiqəsinin əslini gətirməlidirlər.

Ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə üzrə isə sənədlərini təsdiq etdirmiş namizədlərin sayı 1412 nəfərdir ki, bunların da 1216 nəfəri Azərbaycan, 196 nəfəri isə rus bölməsinin payına düşür. Xatırladaq ki, rezidenturaya qəbul imtahanının birinci mərhələsi martın 30-da keçiriləcək. İmtahanda iştirak edəcək namizədlər martın 27-dən 29 dək TQDK-nın rəsmi internet saytına daxil olaraq iş nömrəsi və şifrdən istifadə etməklə “İmtahana buraxılış vərəqi”ni çap etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR