BDU əməkdaşlarının maaşı artırılıb

BDU əməkdaşlarının maaşı artırılıb
# 05 may 2014 13:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Son illər Bakı Dövlət Universiteti (BDU) əməkdaşlarının əmək şəraitinin və rifah halının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir.

BDU mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” nın müvafiq bəndinə uyğun olaraq BDU rektoru maaşların differensasiyalı artımı ilə bağlı 31 mart 2014-cü il tarixində əmr verib.

Əmrə əsasən, BDU professor-müəllim heyətinin maddi rifah halını bir qədər də yaxşılaşdırmaq, elmi-pedaqoji fəaliyyətini stimullaşdırmaq məqsədilə bütün kafedralarda fakültə dekanı, tədris-metodiki şurasının sədri və fakültə Həmkarlar Təşkilatı sədrinin iştirakı ilə iclaslar keçirilib, hər bir müəllimin son 3 il ərzində elmi, tədris və ictimai fəaliyyəti ətraflı təhlil edilərək və tələbələrin anket sorğusunun nəticələri nəzərə alınaraq müvafiq namizədlər irəli sürülüb. Həmin əməkdaşların maaşı 1 aprel tarixindən etibarən cari ilin sonunadək 100 manat artırılıb. Növbəti il eyni göstəricilər əsas götürməklə kafedra əməkdaşları arasında yenidən seçim aparılacaq.

Eyni zamanda BDU-da idarəetmənin daha da optimallaşdırılması və inzibati-idarəetmə struktur rəhbərlərinin stimullaşdırılması məqsədilə rektorun başqa bir əmrinə əsasən struktur rəhbərlərinin maaşlarında da müəyyən artımlar edilib. Artım ümumilikdə universitetin 400-dən artıq əməkdaşına şamil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR