“AGBank”ın aktivləri artıb

“AGBank”ın aktivləri artıb
# 22 aprel 2014 10:11 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “AGBank”ın aktivlərinin həcmi 2014-cü ilin I rübündə 470,518 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 25,9% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 32,1% artaraq 359,516 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 140,610 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 5,2 dəfə çoxdur.

Bankın ipoteka kreditlərinin həcmi aprelin 1-nə 62,797 mln. manat olub ki, buda keçən ilin analoji dövrü ilə müqayisədə 17,3% çoxdur. Qeyd edək ki, ipoteka kreditlərinin 46,694 mln. manatı (74,3%) Azərbaycan İpoteka Fondunun xətti ilə verilib. Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 11,3% azalaraq 42,695 mln. manat olub.

Bankın depozit portfeli 2014-cü ilin yanvar-mart ayları ərzində 24,1% artaraq 274,309 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 192,192 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 9,4% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 13,3% artaraq 49,747 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 25 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 31,4% artaraq 16,811 mln. manat, xərcləri isə 23% artaraq 13,811 mln. manata çatıb.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 943,02 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 18 filialı, 66 bankomatı, 1201 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR