«Sazz 4G Internet» Braziliyada keçirilən beynəlxalq konfransında iştirak edir - FOTO

«Sazz 4G Internet» Braziliyada keçirilən beynəlxalq konfransında iştirak edir - <span style="color: red;">FOTO
# 23 oktyabr 2013 07:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın «Sazz 4G Internet» provayderi Rio-de-Janeyroda (Braziliya) keçirilən «2013 GTI» konfransında təmsil olunub.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «2013 GTI Latın Amerikası» seminarı dördüncü nəsil genişzolaqlı internet texnologiyaları sahəsində qlobal şirkətlər tərəfindən əldə edilmiş təcrübənin mübadiləsi üçün açıq platforma rolunu oynayır. Seminarda iştirak edən aparıcı İKT şirkətlərinin və genişzolaqlı internet provayderlərinin rəhbərləri 4G texnologiyasının növbəti mərhələlərini müzakirə ediblər.

Tədbirdə GTI təşkilatının baş katibi Huanq Yuhonq və sədri Filip Marnik, Çinin aparıcı operatoru olan «China Mobile»ın icraçı vitse-prezidenti Li Zenqmao, «Huawei» şirkətinin rəsmisi Goran Bernston, Yaponiyanın «Softbank» Qrupunun direktor müavini Satoşi Fujii, Braziliyanın «DirectTV\SKY» şirkətinin nümayəndəsi Luis Otavio Marçezetti, «OnTelecom» şirkətinin icraçı direktoru Fares Nassar, habelə seminara xüsusi dəvət alan «Sazz 4G Internet» provayderi «AzQtel» şirkətinin prezidenti Ceyhun Mollazadə də geniş məruzə ilə çıxış edib.

Öz çıxışında C.Mollazadə qeyd edib ki, yaxın 5-10 il ərzində Azərbaycanda internet protokolu üzərindən məlumat, xidmət və məhsulların ötürülməsi prosesinin bir çox sahələrdə, o cümlədən, təhsil və tibdə geniş yayılacaq. O, simsiz internet sahəsində Azərbaycanda WiMAX texnologiyası əsasında fəaliyyət göstərən «Sazz 4G Internet» haqqında da məlumat verib.

Qeyd edək ki, bu həftə Azərbaycan şirkətinin nümayəndələri daha iki beynəlxalq İKT konfransında təmsil olunur. Belə ki, şirkətin texniki direktoru David Məmmmədov Amsterdamda (Hollandiya) keçirilən «Broadband Forum», əməliyyat üzrə rəhbər Sammi Boaçi isə Dubayda (BƏƏ) təşkil olunmuş «GITEX 2013» forumunda məruzə ilə çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR