Poroşenko Putin ilə dialoqa hazır olduğunu bəyan edib

Poroşenko Putin ilə dialoqa hazır olduğunu bəyan edib
# 28 may 2014 21:05 (UTC +04:00)

Bakı – APA. Ukraynada keçirilmiş prezident seçkilərinin qalibi Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putin ilə dialoqa hazır olduğunu bəyan edib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Poroşenko Almaniyanın “Bild” qəzetinə müsahibəsində belə deyib.

“Biz vəziyyəti nizamlamaq və sülhə nail olmaq üçün Putin ilə danışıqlar aparacayıq. Lakin danışıqların nə vaxt və harada baş tutması məsələsi həll olunmayıb”, deyə Poroşenko bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR