Prezident İlham Əliyev Niderland Krallığının nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Niderland Krallığının nümayəndə heyətini qəbul edib
# 23 aprel 2014 12:51 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Niderland Krallığı Senatının üzvü Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Niderland Krallığı arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafı məmnunluqla qeyd olunub.

Söhbət zamanı həmçinin R. Van der Lindenin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR