Türkiyə baş nazirinin ofisi qarşısında saxlanılan şəxsin psixi problemləri olduğu açıqlanıb - YENİLƏNİB

Türkiyə baş nazirinin ofisi qarşısında saxlanılan şəxsin psixi problemləri olduğu açıqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 21 noyabr 2013 11:37 (UTC +04:00)

APA-nın xəbərinə görə, daxili işlər naziri Müəmmər Gülər ofisə yaxınlaşan və üzərində bomba olduğu güman edilən şübhəli şəxsin terrorçu olmadığını açıqlayıb.

M. Gülər bildirib ki, 1961-ci il təvəllüdlü Toğrul Bayır adlı bu şəxsin psixi problemləri var. Belə ki, T. Bayır hadisədən 5 dəqiqə əvvəl polisə telefon edərək üzərində bomba olan bir şəxsin baş nazirin ofisinə gələcəyini deyib. O, öz zahiri görkəmini və geyimini də polisə təsvir edib. Belinə partlayıcı qurğuya oxşar mexanizm sarıyan T. Bayır bir qədər sonra baş nazirin ofisinə tərəf gedib. Polis onu dayandırmaq üçün 3 dəfə havaya atəş açıb. Lakin T. Bayırın irəliləməyə cəhd göstərdiyini görən mühafizəçilər üstünə atılaraq onu yaxalayıblar.

Baş nazir aparatının baş müşaviri Yusuf Yerkel də şübhəli şəxsin atəş açılmadan zərərsizləşdirildiyini söyləyib.

*** *** ***

Bu gün Ankarada üzərində bomba olduğu güman edilən şəxs Türkiyə baş nazirinin ofisinə (başbakanlık) yaxınlaşmağa çalışıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, həmin şəxs mühafizə xidmətinin əməkdaşları tərəfindən neytrallaşdırılıb. Mühafizəçilər tərəfindən açılan atəşlə yaralandığı bildirilən şəxsin ambulansla xəstəxanaya aparıldığı xəbər verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR