Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin məktəb və bağçaları, həmçinin “Araz Kursları” fəaliyyətini dayandırıb - VİDEO

Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin məktəb və bağçaları, həmçinin “Araz Kursları” fəaliyyətini dayandırıb - <span style="color: red;">VİDEO
# 18 iyun 2014 17:14 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ARDNŞ-nin həmtəsisçi olduğu “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin (ABTM) bu gün toplantısı keçirilib.

Toplantıda Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) nəzdində fəaliyyət göstərən “Araz Kursları” MMC, onun təsisçisi olduğu digər qurumların və ümumtəhsil məktəblərinin fəaliyyəti ilə bağlı ABTM-də yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin maliyyə və idarəetmə baxımından mürəkkəbliyini nəzərə alaraq qeyd olunan qurumların ləğv edilməsi məqsədəmüvafiq hesab edilib.

Birliyin ümumi yığıncağında o da qeyd olunub ki, “Araz Kursları” MMC-nin fəaliyyəti ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatanadək davam etdiriləcək və ABTK-da təhsil alan və əmək münasibətlərində olan şəxslərin hüquqları və qanuni mənafeləri qanunvericiliyə uyğun şəkildə təmin olunacaq. Belə ki, hər bir təsisatda təhsil alan və çalışan şagird və pedaqoji heyətin yeni dərs ili başlayanadək müvafiq qaydada yerləşdirilməsi üçün lazımi tədbirlər görüləcək.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin tərkibinə bir neçə bağça, ölkənin müxtəlif bölgələrində 11 lisey, "Araz" hazırlıq kursları və "Qafqaz" Universiteti daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR