FHN Bakıda mәcburi köçkünlәrin məskunlaşdığı ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb

FHN Bakıda mәcburi köçkünlәrin məskunlaşdığı ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb
# 25 dekabr 2013 05:14 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda mәcburi köçkünlәrin məskunlaşdığı ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakı şəhəri, Binəqədi rayonunda Mədəni Marif kollecinin yataqxananın həyətində baş verib. Nəticədə yataqxananın həyətində özbaşına taxta konstruksiyalardan tikilmiş ümumi sahəsi 450 kv.m olan tikililərin 6 ailəyə məxsus olan 150 kv.m sahəsi yanıb.

Tikililərin qalan hissəsi və yataqxana binası yanğından mühafizə olunub.

Yanğın saat 04:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR