Azərbaycan gələn il əsaslı xərcləri 6% artıracaq

Azərbaycan gələn il əsaslı xərcləri 6% artıracaq
# 09 oktyabr 2013 07:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın 2014-cü il dövlət büdcəsinin layihəsində əsaslı xərclər üçün 8 400,5 mln. manat həcmində vəsait nəzərdə tutulub ki, bu da 2012-ci ilin faktiki icra göstəricilərinə nisbətən 474,6 mln. manat və ya 6,0% çoxdur. «APA-Economics»in xəbər verdiyi kimi, bu xərclərin dövlət büdcəsi xərclərinin ümumi strukturunda xüsusi çəkisi 41,9% təşkil edəcək.

Əsaslı xərclərin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərinə 2014-cü ildə 6 260,0 mln. manatın yönəldiləcəyi gözlənilir.

Gələn il Dövlət İnvestisiya Proqramının əsas istiqamətləri üzrə 7 374,2 mln. manat yönəldiləcək ki, bunun 4 735,7 mln. manatı infrastruktur layihələri, 1 863,5 mln. manatı sosialyönümlü layihələr, 775,0 mln. manatı isə institusional, ərazilərin bərpası, yenidən qurulması, fövqəladə halların aradan qaldırılması və digər layihələrin icrasına yönəldiləcək.

Dövlət büdcəsindən əsaslı vəsait qoyuluşunun 6 260,0 mln. manat təşkil edəcəyi özlənilir. Bunun 3 661,6 manatı infrastruktur layihələri, 1 846, 3 mln. manatı sosialyönümlü layihələr, 755,1 mln. manatı isə institusional, ərazilərin bərpası, yenidən qurulması, fövqəladə halların aradan qaldırılması və digər layihələrə xərclənəcək.

Xarici kreditlər hesabına isə 1 114,2 mln. manatın ayrılması proqnozlaşdırılır. Bunun da 1 074,1 mln. manatının infrastruktur layihələri, 17,2 mln. manatının sosialyönümlü layihələr, 22,9 mln. manatının isə institusional, ərazilərin bərpası, yenidən qurulması, fövqəladə halların aradan qaldırılması və digər layihələrin icrasına yönəldiləcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR