Ümumrusiya Azərbaycanlıları Konqresi Krımda nümayəndəliyini aça bilər

Ümumrusiya Azərbaycanlıları Konqresi Krımda nümayəndəliyini aça bilər
# 25 mart 2014 11:46 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Krım üzrə təmsilçiliyi (bölməsi) yaradıla bilər. Bunu APA-ya açıqlamasında ÜAK-ın icraçı direktoru İlqar Hacıyev bildirib.

İ.Hacıyev qeyd edib ki, Rusiya qanunvericiliyinə uyğun olaraq artıq ölkə rəhbərliyi tərəfindən Krımın RF-yə birləşdirilməsi rəsmiləşdirildiyi üçün ÜAK-ın da orada təmsilçiliyi yaradılmalı və azərbaycanlıların diaspor fəaliyyətinə dəstək olunmalıdır: «Artıq Rusiyada yaşayan digər millətlərin diaspor təşkilatları öz nümayəndəliklərini Krımda yaradıb və biz də bu günlərdə Krım bölməmizi yaratmağı planlaşdırırıq. Rusiyada yaşadığımız üçün bu ölkənin qanunlarına uyğun olaraq bunu etməliyik».

Qeyd edək ki, Rusiya ilə Krım arasında müvafiq saziş martın 18-də imzalanıb. Sazişə əsasən, Krım və Sevastopol Rusiya Federasiyasına iki yeni subyekt qismində daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR