Mumbaidə bina çökməsi nəticəsində 10 nəfər həlak olub

Mumbaidə bina çökməsi nəticəsində 10 nəfər həlak olub
# 11 iyun 2013 19:50 (UTC +04:00)

Bakı-APA. Hindistanın Mumbai şəhərində yaşayış evinin uçması nəticəsində həlak olanların sayı 10-a çatıb. Bir neçə nəfər isə binanın qalıqları altında qalır. APA-nın xəbərinə görə, bu barədə «Hindu» qəzeti məlumat yayır.

Daha öncə 5 nəfərin öldüyü bildirilirdi. Xəstəxanaya isə 7 nəfər göndərilib.

5 mərtəbəli bina Mumbainin mərkəzi Maxim rayonunda çöküb. Qalıqların altında qalanlar əsasən uşaqlar və qocalardır. Qəzanın səbəbi məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR