Hicran Hüseynova: “Qadınlar vaxtında həkimə müraciət etsələr, ana və uşaq ölümü hallarının qarşısını almaq olar”

Hicran Hüseynova: “Qadınlar vaxtında həkimə müraciət etsələr, ana və uşaq ölümü hallarının qarşısını almaq olar”
# 26 may 2014 11:12 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. “Hamilə vaxtı qadınlar vaxtlı-vaxtında həkimlərə müraciət etsələr, ana və uşaq ölümü hallarının qarşısını almaq olar”.

Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Komitə sədri Azərbaycanda ana və uşaq ölüm faktlarının azaldığını qeyd edərək bunları deyib: “Ana və uşaq ölümü hallarının yaranmasının bir səbəbi də qadınların maarifləndirilməsi tədbirlərinin zəif aparılmasıdır. Biz elə bu istiqamətdə də işlərimizi gücləndiririk. Amma əfsuslar olsun ki, xanımlarımızın bir çoxu hələ də orta əsrlərin fikirləri ilə yaşayırlar və həkimlərə müraciət etmirlər. Biz bu məsələni həmişə nəzarətdə saxlayırıq. Səhiyyə Nazirliyi təmsilçiləri ilə mütəmadi olaraq görüşlər keçiririk”.

Komitə sədri istirahət mərkəzlərində baş verən qəzalara da münasibət bildirib. O qeyd edib ki, uşaq müəssisələrində olan atraksionların təhlükəsizliyi ciddi yoxlanılmalıdır: “Bu tip müəssisələrə xüsusi diqqət olmalıdır. Əfsuslar olsun ki, biz son dövrdə bir neçə istirahət mərkəzlərində diqqətsizliyin şahidi oluruq və bu səbəbdən də belə hadisələr yaşanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR