Azərbaycanlı iş adamları Türkiyədə baş tutacaq “İstanbul Pəncərə 2014” sərgisinə dəvət olunur

Azərbaycanlı iş adamları Türkiyədə baş tutacaq “İstanbul Pəncərə 2014” sərgisinə dəvət olunur
# 25 dekabr 2013 12:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Gələn il Türkiyədə “İstanbul Pəncərə 2014” XIV beynəlxalq pəncərə və pəncərə sistemləri sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, bu sərgi 2014-cü ilin martın 10-13-də İstanbul şəhərində baş tutacaq.

Sərgidə iştirak edəcək qonaq firma nümayəndələri üçün nahar və yerləşmə xərcləri təşkilatçı tərəfdən qarşılanacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunurlar.

Sərgidə iştirak etmək istəyənlər Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR