Volqoqrad dəmir yolu vağzalını partlatması ehtimal olunan terrorçunun adı açıqlanıb - VİDEO

Volqoqrad dəmir yolu vağzalını partlatması ehtimal olunan terrorçunun adı açıqlanıb - <span style="color: red;">VİDEO
# 30 dekabr 2013 10:47 (UTC +04:00)

APA-nın “İnterfax”a istinadən xəbərinə görə, Peçenkin Dağıstan yaraqlılarına 2012-ci ilin yazında qoşulub.

O, əvvəllər təcili tibbi yardım stansiyasında feldşer işləyib. Sonradan İslam dinini qəbul edib və adını dəyişərək Ənsar ər-Rusi olub.

Bildirilir ki, terrorçunun şəxsiyyəti barədə yekun məlumatlar DNT analizlərindən sonra açıqlanacaq. Pavel Peçenkinin atası Nikolay artıq qan analizi verib.

Qeyd edək ki, dekabrın 29-da Volqoqradda dəmir yolu vağzalında, bu gün isə trolleybusda terror aktları törədilib. Vağzalda törədilən partlayışda 17 nəfər həlak olub, 50-dən çox adam yaralanıb. Trolleybusda törədilən partlayışda isə 14 nəfər ölüb, 28 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR