İranda BMT-nin humanitar ofisi fəaliyyətə başlayıb

İranda BMT-nin humanitar ofisi fəaliyyətə başlayıb
# 16 sentyabr 2013 08:43 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. BMT-nin İranda humanitar ofisi rəsmi fəaliyyətə başlayıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Seyid Abbas Əraqçı və BMT baş katibinin humanitar məsələlər üzrə müavini xanım Valerie Amos arasında əməkdaşlıq memorandumu imzalanıb.

Hər iki qurumun birgə yaydığı xəbərdə İranın bölgədə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması sahəsindəki müsbət rolu və əhəmiyyətinə, həmçinin BMT ilə humanitar sahədəki yaxın əməkdaşlığına toxunulub. Nəticədə hər iki tərəf təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələsində razılığa gəlib.

İran XİN rəhbərinin müavini jurnalistlərə açıqlamasında bildirib ki, bölgə ölkələri arasında zəlzələ, sel və oxşar təbii fəlakətlər və siyasi böhranlardan qaynaqlanan problemlər mövzusunda yaxın əməkdaşlıq zəruridir: “Bunun ən bariz nümunəsi İraq, Əfqanıstan və hazırda Suriyada yaşanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR