Bakıda “Enerji təhlükəsizliyinə kollektiv yanaşma: NATO və digər ölkələrin baxışı” mövzusunda konfrans keçirilir - FOTO

Bakıda “Enerji təhlükəsizliyinə kollektiv yanaşma: NATO və digər ölkələrin baxışı” mövzusunda konfrans keçirilir - <span style="color: red;">FOTO
# 21 noyabr 2013 08:56 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Bakıda “Enerji təhlükəsizliyinə kollektiv yanaşma: NATO və digər ölkələrin baxışı” mövzusunda konfrans keçirilir.

APA-nın xəbərinə görə, tədbir Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən, NATO ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

NATO-nun Cənubi Qafqaz üzrə zabit-koordinatoru Uilyam Lahyu üç Cənubi Qafqaz ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanla əməkdaşlıqlarının vacibliyini vurğulayıb.

NATO-nun Təhlükəsizlik problemləri departamentinin Enerji təhlükəsizliyi bölməsinin rəhbəri Maykl Rüle Azərbaycanla sözügedən sahədə əməkdaşlıqlarından söz açıb: “Azərbaycan enerji təhlükəsizliyi sahəsində açar ölkədir və tərəfdaş ölkə kimi NATO-nun fəaliyyətlərində təmsil olunur. Azərbaycana diqqət NATO üçün vacibdir”.

Konfransın sessiyaları çərçivəsində kollektiv təhlükəsizlik nöqteyi-nəzərdən NATO-Azərbaycan əməkdaşlığı, eləcə də Xəzər qazının Avropaya nəqli məsələləri müzakirə olunacaq. Tədbirdə NATO-nun bir sıra rəsmi şəxsləri, NATO ölkələrindən ekspertlər, Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR