Göyçayda anasını bıçaqlayaraq qaçan 18 yaşlı oğlan tutulub - VİDEO

Göyçayda anasını bıçaqlayaraq qaçan 18 yaşlı oğlan tutulub - <span style="color: red;">VİDEO
# 21 noyabr 2013 10:56 (UTC +04:00)

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, dünən rayonun Kürdəmiş kəndində 1976-cı il təvəllüdlü Heydərova Məhsəti Vaqif qızını bıçaqlayaraq evdən qaçan oğlu, 1995-ci il təvəllüdlü Heydər Heydərli polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası, qara ciyərin kəsilməsi, daxili qanaxma diaqnozu ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilən Məhsəti Heydərova əməliyyat olunub.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR