Nəcməddin Ərbakanın qardaşı oğlu CHP-yə qatılıb

Nəcməddin Ərbakanın qardaşı oğlu CHP-yə qatılıb
# 14 noyabr 2013 15:07 (UTC +04:00)

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, S. Ərbakan CHP Mərkəzi İdarə Heyətinin yekdilliklə qəbul etdiyi qərara partiyaya üzv qəbul olunub. S. Ərbakanın gələn ilin martında keçiriləcək bələdiyyə seçkilərində CHP tərəfindən İstanbulun böyük rayonlarından biri olan, əhalisinin əksəriyyəti mühafizəkar dindarlardan ibarət Fatih rayonunun bələdiyyə başqanlığına namizəd göstərilməsi gözlənilir.

Sabri Ərbakan Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyəti dövründə ötən illərdə Dövlət Quru Yolları İdarəsinin baş direktoru, Nazirlər Kabinetinin Xəzinə və xarici ticarət üzrə idarəsinin rəhbəri, Tikinti və Məskunlaşdırma Nazirliyinin aparat rəhbəri kimi yüksək vəzifələrdə çalışıb.

Xatırladaq ki, mərhum Nəcməddin Ərbakan siyasi karyerası boyunca Milli Səlamət, Milli Nizam, Rifah, Fəzilət və Səadət partiyalarını qurub. N. Ərbakan tərəfindən “milli görüş” adı verilən islamçı ideologiyaya sahib olan bu partiyalar sosial demokratiya ideologiyasının təmsilçisi CHP ilə tam əks qütbdə dayanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR