Millət vəkili: “Sərsəng su anbarının təbii yolla dağılması ətraf rayonlara problem yarada bilər”

Millət vəkili: “Sərsəng su anbarının təbii yolla dağılması ətraf rayonlara problem yarada bilər”
# 25 noyabr 2013 08:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Sərsəng su anbarının təbii yolla dağılması ətraf rayonlara problem yarada bilər.

APA-nın xəbərinə görə, millət vəkili Rövşən Rzayev “Ermənistan Respublikasının hidroterror və hidrodiversiya aktları regional təhlükəsizliyə təhdid kimi” mövzusunda elmi-praktiki konfransda çıxışı zamanı deyib ki, hazırda Sərsəng su anbarı Azərbaycanın nəzarətindən kənarda yerləşən ərazilərdədir və buradan istifadə edilmir.

Onun sözlərinə görə, bu vaxta kimi Sərsəng su anbarında profilaktik işlər görülməyib: “Bu gün nəinki Dağlıq Qarabağın separatçı qüvvələri, hətta Ermənistanın özünün anbarı təmir etdirmək imkanları yoxdur. Bu da anbarın təbii yolla dağılmasına gətirib çıxarar. Su anbarının dağılması isə ətraf rayonlara problem yarada bilər. Ermənistan ATƏT təmsilçiləri vasitəsilə dünyaya yalan informasiya çatdırmaq istəyirlər. Amma əsl həqiqət odur ki, Sərsəng su anbarı qışda açıb buraxılır, yayda isə suya ehtiyac olduqda onun qarşısı alınır. Bu da ermənilərin yalançı siyasət həyata keçirdiklərini göstərir”.

R.Rzayev qeyd edib ki, Sərsəng su anbarının Ermənistan tərəfindən təbii yolla dağıdılması regionda yaranan hərbi, ekoloji problemidir. Onun sözlərinə görə, bu gün Azərbaycanda mövcud olan siyasət nəticəsində su mənbələri ilə bağlı problemlər dünya ictimaiyyətinə çatdırılmalıdır: “Bu məsələ regionda olan ekologiyaya böyük təhlükə mənbəyidir. Mövcud məsələnin həlli ilə bağlı Azərbaycanın mütəxəssislərdən ibarət ekspert qrupu yaradılmalıdır. Azərbaycan tərəfi beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanı ekologiya qaydalarına riayət etməyə çağırmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR