Azərbaycan çempionu “Fənərbaxça”nı məğlub edib

Azərbaycan çempionu “Fənərbaxça”nı məğlub edib
# 14 aprel 2014 12:58 (UTC +04:00)

Bakı – APA. UEFA kubokunun Bakıda keçiriləcək “Dördlər finalı”nın hazırlığını davam etdirən “Araz” iki yoxlama oyunda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, ölkə çempionu hər iki görüşdə rəqibini darmadağın edib.

İlk matçında güclülər dəstəsində çıxış edən klubların yığması ilə qarşılaşan Joze Alesionun yetirmələri 6 cavabsız qol vurub. “Araz”ın 6:0 hesablı qələbəsinə 5 fitzalçı töhfə verib. Davi 2, Vitali Borisov, Marko Periç, yeni transferlər Adriano Folya və Kristian Çujeç hərəyə 1 dəfə fərqlənib.

Naxçıvan təmsilçisi növbəti oyunda “Fənərbaxça”nın gücünü sınayıb. Bu matçda da “Araz” rəqib qapısından 6 top keçirsə də, rəqibinin təsəlli qoluna mane ola bilməyib – 6:1. Naxçıvanlıların heyətində Davi yenə iki qol vurub. Folya, Çujeç, Fabian və Auqusto hərəyə 1 dəfə “Fənərbaxça”nı məyus edib.

Qeyd edək ki, “Araz” aprelin 24-də keçiriləcək yarımfinalda İspaniya “Barselona”sı ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR