AFFA-nın lisenziya almayan klublara verdiyi möhlət başa çatıb

AFFA-nın lisenziya almayan klublara verdiyi möhlət başa çatıb
# 29 may 2014 15:12 (UTC +04:00)

Bakı – APA. “Biz bütün stadionlara baxırıq. İmişli stadionuna da lisenziyaya görə deyil, stadiona baxış keçirmək üçün getmişdik”. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov deyib.

O, lisenziya almaq üçün klublara verilən möhlətin başa çatdığını bildirib: “Biz lisenziya almayan klublara mayın 25-dək vaxt vermişdik və bu vaxt artıq başa çatıb. Özünüz də gördünüz ki, onların heç biri Apelyasiya şikayəti verməyib. Ona görə də vaxt bitdi və lisenziya alan klublar bəllidir. Növbəti mövsüm çempionatda 10 komandanın mübarizə aparacağına gəlincə, bu barədə nəsə deyə bilmərəm. Bu, artıq İcraiyyə Komitəsinin qərarı olacaq. Bizim lisenziya verdiyimiz klublar bəllidir”.

Xatırladaq ki, Lisenziyalaşdırma Komissiyası “Neftçi”, “Qarabağ”, “İnter”, “Xəzər Lənkəran”, “Qəbələ”, “Bakı”, “Simurq”, AZAL, “Sumqayıt”, “Araz Naxçıvan” və “Rəvan” klublarına Premyer Liqada çıxış etmək hüququ verib.

Lakin “Rəvan” başa çatan mövsümdə yüksək liqada sonuncu pillənin sahibi olduğundan növbəti ildən birinci divizionda mübarizə aparmalı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR