Bakı-APA. Mərkəzi Afrika Respublikasının qərbində 3-ü uşaq olmaqla 23 nəfər naməlum şəxslərin hücumu nəticəsində ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Məlumata görə, silahlılar Buar şəhəri yaxınlığında avtomobil karvanına hücum ediblər. Save the Children xeyriyyə təşkilatının məlumatına görə, hücuma iğtişaşlara görə ölkəni tərk etməyə çalışan müsəlmanlar məruz qalıb.