Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər- FOTO - VİDEO

Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər- <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 04 iyun 2014 20:37 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu qeyd edilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyinə görə öz adından və Azərbaycan xalqı adından təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR