BMT-nin toplantısında İran və Bəhreyn nümayəndələri qarşılıqlı ittihamlarla çıxış ediblər

BMT-nin toplantısında İran və Bəhreyn nümayəndələri qarşılıqlı ittihamlarla çıxış ediblər
# 07 mart 2014 16:36 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Ötən gün Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının keçirilən yığıncağında qalmaqal baş verib.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, toplantı İran və Bəhreyn nümayəndələrinin qarşılıqlı ittiham səhnəsinə çevrilib. Buna səbəb Bəhreyn nümayəndəsinin İranı terrorizmi dəstəkləməkdə günahlandırması və vətəndaşlarının ölümünə gətirib çıxaran qəddar cəza üsullarının tətbiqində ittiham etməsi olub. İranın nümayəndəsi də bunun qarşılığında Bəhreyni bu hökuməti tənqid edən müxaliflərini həbsə salaraq işgəncə verməkdə günahlandırıb.

Qeyd edək ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı mərkəzi qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR