Macarıstanın BMT-dəki keçmiş səfiri: “Sülhü bərpa etmək adı altında anti-sülh əməliyyatları həyata keçirilir”

Macarıstanın BMT-dəki keçmiş səfiri: “Sülhü bərpa etmək adı altında anti-sülh əməliyyatları həyata keçirilir”
# 03 sentyabr 2013 10:59 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Cənubi Qafqaz Avropanın bir hissəsidir və ona görə də uğurlarımız, uğursuzluqlarımız və təcrübəmizlə bu regionla bölüşməliyik”. APA-nın məlumatına görə, bu barədə “Dəyişən dünyada Cənubi Qafqaz” II forumunda çıxış edən Korvinus Universitetinin professoru, Macarıstanın BMT-dəki keçmiş səfiri Andres Erdos bildirib.


Onun sözlərinə görə, regionda baş verənlərə Avropa İttifaqı (Aİ) diqqət yetirməlidir: “Region ölkələri Aİ üzvlərinin etdiyi səhvləri təkrarlamamaq üçün hərəkətlərinə diqqət yetirməlidirlər. Bunlar daha təhlükəsiz gələcək naminə edilməlidir. Şübhəsiz, Aİ-nin təhlükəsizliyi onun hüdudlarının kənarından başlayır və təşkilat qonşu regionlarda stabilliyin olmasında maraqlıdır. Bunun əldə edilməsi üçün “Şərq Tərəfdaşlığı” Proqramı hazırlanıb. İnsan düşüncəsinin təkmilləşdiyi bir dönəmdə ölkələrdə daxili münaqişələrin meydana gəlməsi ağlasığmazdır. Belə olduğu halda sülhü bərpa etmək adı altında anti-sülh əməliyyatları həyata keçirilir, nəticədə cəmiyyət ziyan çəkir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR